Fransada Parlament seçkilərinin ikinci turu keçirilir
Fransada Parlament seçkilərinin ikinci turu keçirilir

Fransada Parlament seçkilərinin ikinci turu keçirilir. Əhali beş il müddətinə Fransa Parlamentinin aşağı palatasına 577 deputat seçməli olacaq.

Prezident Emmanuel Makron ətrafında toplanan “Birlikdə!” (Ensemble!) koalisiyası və Jan-Lyuk Melanşonun ətrafında toplaşan solçu qüvvələrin koalisiyası olan “Yeni Xalq və Sosiaol Alyansının”  (Nupes) qalib gəlmək şansı ən yüksəkdir. Siyasi koalisiyalar Parlamentdə tam çoxluğu qazanmaq üçün 289 mandat qazanmalı olacaqlar.

Keçən həftə keçirilən seçkilərin ilk turunda Makronun “Birlikdə!” koalisiyası solçu koalisiyadan 0,1 faiz çox səs topladı.

Sorğulara görə, hər iki tərəfin qalib gəlmək şansları bərabərdir. Ekspertlər hesab edirlər ki, ultra-sağçı Marin Le Penin partiyası da ikinci turda təxminən 30-50 yer qazana bilər.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açıldı, saat 20:00-da bağlanacaq.

Qeyd olunasıdır ki, ötən həftə seçici fəallığı 40 faiz olub ki, bu da son 30 ilin ən aşağı göstəricisidir.