Fransada özünəxidmət tibb köşkləri quraşdırırlar, layihənin müəllifləri səbəb kimi Fransanın bölgələrində həkim çatışmazlığı problemini göstərirlər
Fransada özünəxidmət tibb köşkləri quraşdırırlar.
Medianın yazdığı kimi, tibb köşkləri xarici görünüşünə görə tikinti konteynerlərinə bənzəyir, içərisində isə stetoskop və tonometrlə təchiz olunmuş kabinet var.
Pasiyentlər tibbi alətlərdən özləri istifadə etməli olacaqlar, bunun üçün həkim onlara video bağlantı vasitəsilə məsləhət verəcək.
Layihə müəlliflərinin dedikləri kimi, tibb köşklərinin quraşdırılmasında məqsəd Fransanın bölgələrində həkim çatışmazlığı ilə bağlı problemləri aradan qaldırmaqdır.
Fransanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkənin bölgələrinin 90%-i həkim çatışmazlığından əziyyət çəkir.
“La Box Medicale” şirkəti iddia edir ki, yeni texnologiya xəstəliklərin qarşısının alınmasına kömək edəcək və simptomların aşkarlanmasından tibbi müalicənin başlanmasına qədər olan vaxtı əhəmiyyətli dərəcədə azaldacaq.
Fransız həkimlərin bir hissəsi bu təşəbbüsü tənqid edərək, ətraflı müayinənin uzaqdan aparılmasının mümkün olmadığını bildirirlər.