Fransada ötən gecə 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi ilə bağlı keçirilən aksiyada, azı 719 nəfər yaxalandı
Fransada ötən gecə 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi ilə bağlı keçirilən aksiyada, azı 719 nəfər yaxalandı

Fransada ötən gecə 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi ilə bağlı keçirilən aksiyada, azı 719 nəfər yaxalandı. Bu barədə Məlumatı fransa Daxili İşlər Nazirliyi məlumat yayır.

Onların məlumatlarına görə, etirazların beşinci günündə 600-ə yaxın avtomobil və 75 bina yandırılıb. Polis Marselin mərkəzində etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdi. Marsel şəhərinin meri hökuməti ticarət mərkəzlərini və bankları quldurluqdan qorumaq üçün şəhərə əlavə qüvvələr göndərməyə çağırır.

Fransa şəhərlərindən birinin meri özünün “tvitter” səhifəsində nümayişçilərin avtomobillə onun evinə soxulduğunu yazır. Merin həyat yoldaşı və uşağı xəsarət alıb.

Parisin Nanter qəsəbəsində 17 yaşlı gəncin yol hərəkəti qaydalarını pozduğuna görə polis əməkdaşı tərəfindən güllələnməsindən sonra Fransada “Nahel üçün ədalət” şüarı altında iğtişaşlar və etirazlar başladı.