Fransada munisipal seçkilərinin ikinci turu keçirilir. Seçkilər martın 22-də keçirilməli idi, lakin koronavirus pandemiyasına görə təxirə salındı.
İkinci tur ölkə miqyası ilə 5 minə qədər kommunada, o cümlədən Parisdə, Marselldə, Tuluza və Lionda keçirilir.
Vətəndaşlar şəhər merlərini və munisipal şuranın üzvlərini seçirlər.
Munisipal seçkilərinin birinci turu martın 15-də keçirildi.