Fransada minlərcə insan pensiya islahatının səsə qoymadan təsdiq edilməsinə etiraz etdi, aksiya iştirakçıları və hüquqmühafizəçilər arasında qarşıdurma baş verdi
Fransada minlərcə insan pensiya islahatının səsə qoymadan təsdiq edilməsinə etiraz etdi, aksiya iştirakçıları və hüquqmühafizəçilər arasında qarşıdurma baş verdi

Pensiya islahatının səsə qoymadan təsdiq edilməsinə etiraz olaraq minlərlə insan yenidən Paris küçələrinə çıxdı. Aksiya bu dəfə hüquqmühafizəçilərlə qarşıdurmaya keçdi.

Yayılan məlumata görə, aksiya iştirakçıları hüquqmühafizəçilərə müxtəlif əşyalar atdılar və maşınları yandırdılar. Polis isə, nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etdi. Aksiyanın onlarca iştirakçısını yaxaladır.

Etiraz aksiyası Paris və bir neçə şəhərdə keçirildi.

Fransa prezidenti, Emmanuel Makron mübahisəli qanunu Parlamentdə səsə qoyma olmadan qəbul etmək üçün, ölkə konstitusiyasında yazılmış xüsusi səlahiyyətindən istifadə etdi. Yeni, mübahisəli qanuna əsasən, Fransada minimum pensiya yaşı 62-dən 64-ə artacaq.