Fransada miqyaslı etiraz – “Moambe” Parisdən

19:25, 05.11.2026

 

Ümumi tətil və etiraz aksiyaları – Fransada vəziyyət gərgindir.

Parisdə miqyaslı nümayiş keçirilir. Polis bir neçə icazəsiz yürüşü artıq dağıdıb. Ayrı-ayrı məhəllələrdə və ölkənin müxtəlif şəhərlərində toqquşmalar qeydə alınır. Fransada ümumi tətil və etiraz aksiyaları fonunda vəziyyət gərgindir. Paytaxtda davam edən yürüş Respublika meydanından başladı və Volter bulvarından keçərək Millət meydanına qədər davam edir. Respublika meydanının ətrafındakı küçələrdə polis və jandarmeriyanın texnikası yerləşdirilib, xüsusi maneələr qoyulub.

“Moambe”nin çəkiliş qrupu Parisdə işləyir.

Oxşar