Fransada meşə yanğınlarının söndürülməsi işlərinə hərbçilər cəlb olunub, İspaniyada isə milli fövqəladə vəziyyət elan edilib. Hər iki ölkədə 280 mindən çox insan təxliyə olunub

13:29, 25.07.2026

Fransa Prezidenti Emmanuel Makron yanğınların söndür və İspaniyada meşə yanğınları ilə mübarizə davam edir. 280 mindən çox insan təxliyə olunub. Bu barədə BBC məlumat yayıb.
Fransa Prezidenti Emmanuel Makron yanğınların söndürülməsi işlərinə ölkənin hərbi qüvvələrini cəlb edib.

Bununla yanaşı, İspaniyada vəziyyət mürəkkəb olaraq qalır. Madrid və Avila bölgələrində 60 mindən çox insan təxliyə edilib. İspaniya hökuməti ölkədə milli fövqəladə vəziyyət elan edib.

Yerli rəsmilərin sözlərinə görə, Madrid yaxınlığında yanğının lokallaşdırılması hazırda “yanğınsöndürənlərin imkanlarını aşır”.

İspaniyanın Baş naziri Pedro Sançes Madrid vilayətinin Sieniçentos kəndində yerləşən yanğınsöndürənlərin koordinasiya mərkəzinə baş çəkib və aparılan xilasetmə əməliyyatları ilə yerində tanış olub.

Sançes bildirib ki, əsas prioritet “insan həyatının xilas edilməsi” və yaşayış məntəqələrinin qorunmasıdır. Onun sözlərinə görə, havanın temperaturu aşağı düşsə də, qarşıdakı saatlar yenə də çətin keçəcək.

Oxşar