Fransada meşə yanğını səbəbindən gecə saatlarında 10 mindən çox insan təxliyə edilib

13:28, 23.07.2026

Fransanın cənub-qərbində meşə yanğını səbəbindən gecə saatlarında 10 mindən çox insan təxliyə edilib.

“Reuters” Fransanın rəsmi məlumatlarına istinadən xəbər verir ki, sürətlə yayılan meşə yanğını səbəbindən bölgədə genişmiqyaslı təxliyə əməliyyatı həyata keçirilib.

Məlumata görə, yanğın Bordo şəhərinin qərbində təxminən 2 min hektar ərazini məhv edib.

Prefekturanın məlumatına əsasən, yanğının söndürülməsinə 500 yanğınsöndürən cəlb olunub. Alov məşhur turizm bölgəsi olan Arkason körfəzi ətrafında yayılır.

Təxliyə edilənlərin əksəriyyəti düşərgələrdə qalan turistlərdir. Hazırda xəsarət alanlarla bağlı məlumat yoxdur.

Oxşar