Fransada məktəblər 11 mayda açılacaq, lakin şağirdlərin getməsi məcburi olmayacaq
Fransada məktəblər 11 mayda açılacaq, lakin valideynlər tərəfindən uşaqların məktəbə aparılması məcburi olmayacaq, – bu barədə Fransa prezidenti, Emmanuel Makron şəhər merləri ilə söhbəti zamanı bəyan etdi.
Makronun dediyinə görə, şağirdlərin məktəbə qayıtması gələn həftələr ərzində davam edəcək, lakin sinifdə 15 şagirddən artıq olmayacaq.
Elə onun dediyinə görə, ictimai məkanlarda ağız örtüklərinin gəzdirilməsi məsləhət görüləcək, lakin məcburi olmayacaq.
Emmanuel Makron, karantin tədbirlərini ölkədə martın ortalarında tədbiq etdi.
Yeni koronavirusun qurbanları sayı ilə Fransa dünyada dördüncü yerdədir.