Fransada Lion-Turin sürətli dəmir yolu xəttinə qarşı etiraz aksiyası keçirildi

12:41, 18.06.2023

Fransada Lion-Turin sürətli dəmir yolu xəttinə qarşı etiraz aksiyası keçirildi. Aksiyaya təxminən beş min nümayişçı toplaşdı. Onlardan bəzi polisə daşlar atdı. Nəticədə polis gözyaşardıcı qazadn istifadə etdi.

Medianın məlumatına görə, mitinqçilər dəmir yolu xəttinə soxuldular və qatarların hərəkətini dayandırdılar.

Avropa İttifaqının dəstəyi ilə, yeni xətt Alp dağlarını keçən 57,5 ​​kilometrlik tunel vasitəsilə Lion və Turini birləşdirəcək. Layihənin tərəfdarları getdikcə artan trafikin azaldılmasının vacibliyini vurğulayır və yüksək sürətli dəmir yolu xəttinin gətirəcəyi iqtisadi inkişafa işarə edirlər.

Oxşar