Fransada, Leville-dəki gürcü torpağında gürcü üzümü əkilib. Bu barədə məlumatı Gürcüstanın Mədəniyyət Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, 1 000 kv.m sahədə Rkatsiteli və Saperavi sortları əkilib. Bu addımla Gürcüstan, şərabın vətəni kimi, öz üzümçülük mədəniyyətini Fransada təqdim edir və iki ölkə arasında tarixi əlaqəyə yeni məna verir.
“2025-ci ildə imzalanmış memorandum əsasında, Milli Muzey torpağın hazırlanmasını təmin edib, Kənd Təsərrüfatı Elmi-Tədqiqat Mərkəzi prosesi elmi-metodiki dəstəklə təmin edib, “Château Zegaan” MMC isə layihənin praktik icrasını və bağın aqrotexniki baxımını üzərinə götürüb.
Leville torpağında əkilmiş gürcü üzümü bu torpağa Gürcü mədəniyyəti, ölkənin irsinin qorunması və Gürcüstan ilə Fransa arasında əməkdaşlıq baxımından daha da önəmli məna verir,” – deyə Mədəniyyət Nazirliyinin məlumatında qeyd olunub.