Fransada keçirilən prezident seçkilərində Emmanuel Makronu seçicilərin 58,5 faizi dəstəkləyib
Emanuel Makronu Fransada keçirilən prezident seçkilərindən sonra səsverməyə gedən seçicilərin 58,5 faizi dəstəkləyib. Bu barədə məlumatı Fransa Daxili İşlər Nazirliyi yayıb.
Rəsmi məlumata görə, ultrasağçı Marin Le Pen 41,4 faiz səs toplayıb.
Fransa prezidentinə 18 milyondan çox insan, Marin Le Pen isə 13 milyondan çox səs verib.
Seçkilərdə iştirak faizi 65 olub.
Emmanuel Makron qarşıdakı beş il ərzində Fransaya rəhbərlik edəcək.