Fransada cari etiraz aksiyalarında indiyədək 135 nəfər saxlanılıb
Fransanın daxili işlər naziri Loran Nunies bildirib ki, yerli vaxtla saat 13:00-a olan məlumata əsasən, polis 135 nəfəri saxlayıb. Nuniesin verdiyi məlumata əsasən, bu vaxta qədər Fransanın küçələrində 35 000 nəfər olub, halbuki ötən həftə eyni vaxtda aksiyalarda 60 000 nəfər iştirak edirdi.
Fransanın daxili işlər nazirinin bəyanatına əsasən, hələlik ciddi insidentlər qeydə alınmayıb, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları üçün ictimai asayişin qorunması və mümkün pozuntulara qarşı sərt tədbirlərin görülməsi ilə bağlı göstəriş hələ də qüvvədə qalır.
O, izdihamlı yerlərin və insanların hərəkətinin nəzarətdə saxlanılması da daxil olmaqla, təhlükəsizlik tədbirlərinin əhəmiyyətli dərəcədə gücləndirildiyini bildirib. Nunies, Fransanın böyük şəhərlərində və avtomobil yollarında axtarış və yoxlamalar aparıldığını bəyan edib. Təkcə Paris regionunda 1000-dən çox insan yoxlanılıb.
“Biz heç bir səhlənkarlıq və ya ictimai asayişin pozulmasına dözməyəcəyik. Bütöv ölkə miqyasında, aksiyaların planlaşdırıldığı hər yerdə xüsusi ayıq-sayıqlığımızı qoruyub saxlayacağıq” – Nunies açıqlayıb.
Fransanın daxili işlər nazirinin bəyanatına əsasən, şəhər mərkəzlərinin ətraf əraziləri də daxil olmaqla, biznesin qorunması üçün də miqyaslı təhlükəsizlik tədbirləri görüblər.