Fransada cari etiraz aksiyalarında 40 nəfər saxlanılıb, Marsel və Lionda polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

16:00, 17.10.2026

 

Paris polisi yerli vaxtla saat 09:30 radələrində 40 nəfəri saxlayıb. Şəhər Polis Prefekturasının bəyanatına əsasən, saxlanılmalar paytaxtın müxtəlif rayonlarında aparılan yoxlamalar nəticəsində həyata keçirilib.

Prefekturanın məlumatına əsasən, saxlanılanların əksəriyyətinin üzərində qadağan olunmuş özünümüdafiə vasitələri və ya silah olub. Qurumun məlumatına əsasən, müsadirə olunan əşyalar arasında saxta polis qolbağı və bıçaq da var.

Etiraz aksiyaları səbəbindən Parisdə metro xətlərinin bir neçəsi bağlanıb.

Marseldə aksiya iştirakçıları zibil qutuları və skuterlərlə magistral yolu bağlayıblar, bundan sonra da polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Bununla yanaşı, Lionda da aksiya keçirilir. Nümayişçilər yolu bağlamağa cəhd ediblər, polis isə onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfəri saxlayıblar.

Oxşar