Fransada cari etiraz aksiyalarında 300-ə qədər şəxsi saxlayıblar [Video]

 

Fransada “Hər şeyi blokla” adlı cari etiraz aksiyasında 300-ə qədər şəxsi saxlayıblar. Bu barədə məlumatı “Reuters” yayır.

Medianın məlumatına əsasən, xəsarət alanlar da var.

Yayılmış məlumata əsasən, nümayişçilərin təhsil müəssisələrini blokadaya almaq qərarını verməsindən və polisə pirotexnika atmasından sonra etiraz qarışıqlığa çevrilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə cavab olaraq gözyaşardıcı qaz və su şırnaqları istifadə ediblər. Paris xəstəxanasının tətil edən işçiləri də aksiyaya qoşulublar.

Qarşıdurma fonunda Parisin mərkəzində yerləşən binalardan birində yanğın baş verib. Polis tez bir zamanda binadakı insanları təxliyə edib və ərazini mühasirəyə alıb.

Medianın məlumatına əsasən, bəzi qarşıdurmalara baxmayaraq, ölkə miqyasında yerləşdirilmiş on minlərlə polis əməkdaşı blokadanı aradan qaldıra bilib.

Məlumat üçün bildirək ki, nümayişçilər Fransanın sabiq baş naziri Fransua Bairunun xərclərin azaldılmasını nəzərdə tutan büdcə planına etiraz edirlər. Medianın yazdığı kimi, yeni baş nazir Sebastian Lekornunun seçilməsi də narazılığa səbəb ola bilər.