Fransada iyul ayında şiddətli isti 1 243 nəfərin həyatına son qoyub
Fransada iyul ayında şiddətli isti 1 243 nəfərin həyatına son qoyub – məlumatı “Le Figaro” nəşri Fransanın İctimai Səhiyyə Xidmətinin məlumatlarına istinadən yayır.
Onların məlumatında, sözügedən ölüm göstəricisinin iyulun 3-dən 22-dək olan dövrdə qeydə alındığı deyilir. Bununla yanaşı, Səhiyyə Xidmətinin göstəricilərinə əsasən, bu yay ölkədə rekord istilər nəticəsində ən azı 7 300 nəfər həyatını itirib.
Media, yüksək temperaturun Avropanın digər ölkələrində də yüzlərlə insanın ölümünə səbəb olduğuna dair məlumat verir.
Robert Kox İnstitutunun məlumatına əsasən, bu il şiddətli isti səbəbindən Almaniyada 10 000-ə yaxın insan dünyasını dəyişib.
Belçikanın İctimai Səhiyyə İnstitutu “Sciensano”nun məlumatına əsasən, iyun ayının isti dalğası zamanı və iyulun ilk günlərində 2 000-dən çox ölüm halı qeydə alınıb.