Fransa həbsxanalarında bələdçi xidməti əməkdaşları ümumxalq tətilə başladılar. Əməkdaşlar buna səbəb məhbuslar tərəfindən çoxalmış hücum hallarını adlandırırlar. Həmkarlar İttifaqı nümayəndələri təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və maaşların artırılmasını tələb edirlər. Fransız Ədliyyə naziri Həmkarlar İttifaqı ilə dialoqa başlamaq üçün hazır olduğunu bildirdi.
Fransada həbsxana bələdçi xidməti əməkdaşları artıq bir həftədir tətil edirlər. Aksiya, bir həftə bundan əvvəl Parisə yaxın, həbsxanaların birində üç əməkdaşa hücum edildikdən sonra başladı.
FranPressin məlumatına görə, hazırda həbsxanada 28 000 insan işlə təmin olunub.