Fransada hava limanlarının əməkdaşlarının tətil elan etməsinə görə "Ryanair" 30 000 sərnişin üçün uçuşları ləğv edib
Fransada hava hərəkətinə nəzarət administratorlarının tətil elan etməsi nəticəsində reyslərin böyük hissəsi ləğv edilib və “Ryanair”in 30 000 sərnişini zərər çəkib.
İki fransız həmkarlar ittifaqı iş şəraitinə görə iki günlük tətil keçirir, nəticədə Parisin əsas hava limanlarında reyslərin dörddə biri, Nitsa Hava Limanında isə reyslərin yarısı ləğv edilib.
Fransanın nəqliyyat naziri Filip Tabaro həmkarlar ittifaqlarının tələblərini, eləcə də belə aktiv mövsümdə onların tətilə başlamaq qərarını qəbuledilməz hesab edir.
“Ryanair” bəyan edib ki, tətil təkcə Fransadakı reyslərə deyil, həmçinin Böyük Britaniya, İrlandiya, İspaniya və Yunanıstan kimi istiqamətlərə təsir edib.
“Bu məntiqsizdir və Avropa İttifaqına üzv ölkələrin məzuniyyətə gedən sərnişinlərinə qarşı ədalətsizdir” – “Ryanair”in icraçı direktoru Maykl O’Lir bildirib.