Fransada güclü qar və buzun səbəb olduğu yol-nəqliyyat hadisələri nəticəsində altı nəfər həyatını itirib
Fransa miqyasında güclü qar və yolların buz bağlamasına görə, yol-nəqliyyat hadisələri nəticəsində altı nəfər həyatını itirib. Bu haqda məlumatı Fransa mediası yayır.
Medianın məlumatına əsasən, Fransanın cənub-qərb hissəsində iki qəzada üç nəfər həyatını itirib, Paris yaxınlığındakı Marna çayına avtomobilin düşməsi nəticəsində isə bir nəfər həlak olub.
Bununla yanaşı, yayılmış məlumata əsasən, Paris bölgəsində yük avtomobili ilə toqquşma nəticəsində mikroavtobusun sürücüsü, Bretanın qərb bölgəsində yol-nəqliyyat hadisəsi nəticəsində isə motosikletçi həlak olub.
Güclü qar İl-de-Frans bölgəsində 1000 kilometr uzunluğunda tıxac yaradıb, bu da medianın məlumatına əsasən rekord göstəricidir.
Fransanın nəqliyyat naziri Filip Tabaronun bəyanatına əsasən, “METEO FRANCE” milli meteorologiya bürosu Fransanın paytaxtı ətrafında gözlənilən hava proqnozunun miqyaslarını müvafiq şəkildə qiymətləndirə bilməyib. O, “reaksiya planının yenidən nəzərdən keçirilməli olduğunu” bildirib.
Bundan əvvəl, Fransanın qərb hissəsində 26 departamentdə qara görə narıncı xəbərdarlıq elan edilmişdi, lakin xəbərdarlıq çərşənbə axşamı yerli vaxtla saat 10:00-da ləğv edilib.