Fransada Fontenblo şəhəri yaxınlığındakı meşə yanğını ilə bağlı iki şübhəli şəxs saxlanılıb

13:36, 14.07.2026

 

Fransada Fontenblo şəhəri yaxınlığında baş verən meşə yanğını ilə bağlı iki şübhəli şəxs saxlanılıb. Bu barədə məlumatı yerli media Fransanın daxili işlər nazirinin bəyanatına istinadən yayır.

Saxlanılanlardan biri 18 yaşlı gəncdir. Həbs olunarkən onun üzərindən alışqan tapılıb.

Daxili işlər nazirinin ehtimalına görə, meşə yanğını qəsdən törədilib, bunu 1000 metrlik perimetrdə aşkarlanan onadək yanğın ocağı da sübut edir.

Bütün Fransa miqyasında qəsdən və ya təsadüfən yanğın törətmək ittihamı ilə 59 nəfər saxlanılıb, onlardan yeddisi barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumat üçün bildirək ki, yanğını söndürmək üçün hadisə yerində 600 yanğınsöndürən çalışır. İyulun 12-də 1000-ə yaxın yerli sakin və turist təxliyə edilib.

Oxşar