Fransada fırtına və ağır meteoroloji şərait nəticəsində azı iki nəfər həlak olub, 53 000 ailə elektrik enerjisiz qalıb
Fransada fırtına və ağır meteoroloji şərait nəticəsində azı iki nəfər həlak olub.
Medianın məlumatına əsasən, Sent-Vikturniendə qadının üzərinə ağac aşıb və o, həlak olub. Dolomiedəki emalatxanalardan birində ildırım vurması nəticəsində yanğın baş verib və orada bir kişinin meyiti tapılıb.
Fransa hakimiyyətinin məlumatına əsasən, ağır meteoroloji şərait səbəbindən 53 000 ailə elektrik enerjisiz qalıb
Həmçinin, pis hava şəraiti nəticəsində Paris-Tuluz istiqamətində qatarların hərəkətində ləngimələr yaranıb.