Fransada fermerlər, pilotlar və dəmiryolun əməkdaşları tətil elan etməyi planlaşdırırlar

17:37, 11.11.2024

 
Fransada fermerlərin, pilotların və dəmiryol əməkdaşlarının tətili planlaşdırılır.

Yerli media ölkədə növbəti həftə ərzində bir neçə irimiqyaslı tətilin keçiriləcəyi xəbərini verir.

Etiraz aksiyaları noyabrın 14-dən pilotların tətil elan etməsi ilə başlayacaq. Milli Pilotlar İttifaqı öz üzvlərini vergilərin artırılması haqda qanun layihəsinə dair səsvermənin keçiriləcəyi Milli Assambleyanın binası qarşısında toplaşmağa çağırıb.

Ertəsi gün, noyabrın 15-də fermerlər irimiqyaslı aksiyalar planlaşdırırlar. Etirazın səbəbi Avropa İttifaqı ilə Cənubi Amerika ölkələrinin “MERCOSUR” bloku arasında ticarət sazişinin mümkün nəticələridir. Fermerlər sazişin onların bizneslərinə ziyan vuracağını bildirirlər.

Fransanın SNCF dəmir yolu şirkətinin əməkdaşları noyabrın 21-də tətil elan etməyi planlaşdırırlar. Həmkarlar ittifaqları bildirirlər ki, bu, yalnız ultimatumdur və ola bilsin, daha ağır nəticələrlə müşaiyət olunsun.

Oxşar