Fransada etiraz aksiyaları – “Moambe” Parisdən
Fransa miqyaslı sosial etirazla üz-üzədir – Parisdə əsas turizm obyektlərini bağlayıblar, mağazalar da bağlandı.
Artıq bir neçə saatdır bütün ölkə üzrə dövlət sektorunun bir hissəsi tətil edir, milli tətilə Parisdə və bir sıra şəhərlərdə kütləvi etiraz çıxışları qoşulur. Həmkarlar ittifaqları və gənclər hərəkatları tərəfindən təşkil olunan aksiyalarda iştirak etmək üçün məktəblilər, tələbələr, müxtəlif sektorların nümayəndələri küçələrə çıxıblar. 17-18 oktyabr hadisələrinin qarşısını almaq və ictimai asayişi qorumaq üçün dünən şəxsən Fransa Prezidenti ilə razılaşdırılmış xüsusi təhlükəsizlik tədbirləri görülüb. Paytaxtda və müxtəlif şəhərlərdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının xüsusi səfərbərliyi müşahidə olunur. Aksiyalar polislə davamlı toqquşmalar, yolların bağlanması və məktəb binalarının bloklanması fonunda keçirilir. Ən ağır vəziyyət Paris, Lion və Marseldədir. Bütün zorakılıq hərəkətlərinə ən sərt şəkildə cavab veriləcəyi ilə bağlı xəbərdarlıq olunub. Məktəb islahatı, siniflərdə sıxlıq probleminin həlli, pensiya və maaş artımı, yaşayış xərclərinin azaldılması, gələn ilin büdcəsinin dəyişdirilməsi: küçələrə çıxan on minlərlə vətəndaşı birləşdirən tələblər bunlardır. Parisdə əsas aksiya bir qədər əvvəl Respublika meydanından başlayıb və Millət meydanına doğru davam edir.