Fransada etiraz aksiyaları keçirilir, Nantda hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər, ölkə miqyasında aksiyalarda 23 nəfər saxlanılıb

19:58, 14.11.2026

 

Fransada etiraz aksiyaları davam edir. Aksiya iştirakçıları arasında “Sarı jiletlilər” hərəkatının üzvləri, tələbələr, həmkarlar ittifaqlarının və hüquq-müdafiə təşkilatlarının nümayəndələri var.

Parisdə cari aksiyada bir neçə min nəfər iştirak edir. Nümayişlər səbəbindən Paris metrosunun 21 stansiyası bağlanıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, bu mərhələdə ölkə miqyasında vəziyyət sakit və nəzarət altındadır. İndiyədək 23 nəfər saxlanılıb.

Nantda şəhərin mərkəzinə toplaşma qadağasına baxmayaraq, bir neçə yüz nəfər bir araya gəlib. Aksiya dinc şəkildə başlayıb, hərçənd toplaşanları bir neçə dəfə dağılışmağa çağıran polis və xüsusi təyinatlı dəstə əraziyə cəlb olunmuşdu.

Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Oxşar