Fransada etiraz aksiyaları davam edir, hakimiyyət ölkə miqyasında 200 mindən 300 minə qədər insanın küçələrə çıxacağını ehtimal edir

18:14, 17.11.2026

 

Fransada etiraz aksiyaları davam edir. Yerli medianın məlumatına əsasən, hakimiyyət ölkə miqyasında 200 mindən 300 minə qədər, Parisdə isə 30 mindən 60 minə qədər insanın küçələrə çıxacağını ehtimal edir.

Nant, Marsel, Lion, Tuluza, Perpinyan, Tulon, Le-Havr və Reyms şəhərlərində artıq nümayişlər keçirilir. Hazırda saxlanılanlar və ya xəsarət alanlar barədə məlumat yayılmır.

Nant şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları toqquşmalar zamanı aksiya iştirakçılarını dağıtmaq üçün su şırnaqlarından istifadə ediblər.

Həmkarlar ittifaqları bəyan edirlər ki, “səfərbərliyi yalnız tələblərə reaksiya verilməsi dayandıra bilər”.

Fransada miqyaslı nümayişlər sentyabr ayında başlayıb. Şagirdlər və tələbələr təhsil müəssisələrinin infrastrukturunun yenilənməsini, müəllimlərin sayının artırılmasını və universitet islahatlarının aparılmasını tələb edirdilər. Zaman keçdikcə etirazlar daha geniş miqyas alıb və əsas tələblər sırasına maaşların artırılması və sosial bərabərsizliyin aradan qaldırılması da əlavə olunub.

Oxşar