Fransada Ebola virusuna ilk yoluxma halı təsdiqlənib

16:58, 24.06.2026

 

Fransada Ebola virusuna ilk yoluxma halı təsdiqlənib. Medianın məlumatına əsasən, virusa Konqo Demokratik Respublikasından geri qayıdan həkim yoluxub.

Fransanın Səhiyyə Nazirliyinin bəyanatına əsasən, həkim “dərhal ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilib” və onun vəziyyəti stabildir.

Məlumat üçün bildirək ki, Konqoda Ebola epidemiyasının “partlayışı” may ayında başlayıb, lakin ekspertlərin qiymətləndirmələrinə əsasən, virus ölkədə bundan bir neçə həftə əvvəl də artıq yayılmaqda idi.

Mərkəzi Afrikanın bu ölkəsində Ebola nəticəsində artıq 260-dan çox insan həyatını itirib, yoluxanların sayı isə 1 000 nəfəri ötüb.

Oxşar