Fransada Daxili İşlər Nazirliklərinin əməkdaşları və polislər noyabrın 5-nə planlaşdırılan miqyaslı aksiyalarda və milli tətildə iştirak etməyə dəvət olunurlar
Fransada Daxili İşlər Nazirliklərinin əməkdaşları və polislər noyabrın 5-nə planlaşdırılan miqyaslı aksiyalarda və milli tətildə iştirak etməyə dəvət olunurlar.
Fransanın Ümumi Əmək Konfederasiyasının Daxili İşlər Nazirliyi üzrə Həmkarlar İttifaqı Təşkilatı bəyanat yayaraq, qurumun bütün əməkdaşlarını, o cümlədən polis əməkdaşlarını, inzibati, texniki və xüsusi heyəti etiraz səfərbərliyinə qoşulmağa çağırıb.
Fransa qanunvericiliyinə əsasən, fəaliyyətdə olan polis əməkdaşlarının tətil etmək hüququ yoxdur. Müvafiq olaraq, Həmkarlar İttifaqı onları qeyri-iş saatlarında, mülki geyimdə nümayişlərə qoşulmağa çağırır. Bununla yanaşı, Daxili İşlər Nazirliyinin inzibati və texniki heyətinə tətildə iştirak etmək hüququ qanunla verilib.
Həmkarlar İttifaqı hakimiyyət tərəfindən hazırlanmış 2027-ci ilin büdcə layihəsini tənqid edir. Təşkilatın bəyanatına əsasən, sənəd əməkdaşların maaşlarının dondurulmasını nəzərdə tutur. Narazılığın digər səbəbi isə mükafatların mövcud bölgü sistemidir. Həmkarlar İttifaqının iddiasına əsasən, müxtəlif departament və xidmətlərdə əlavə ödənişlər qeyri-bərabər bölünür, bu da əməkdaşlar arasında qeyri-bərabərlik yaradır.
Məlumat üçün bildirək ki, noyabrın 5-də Fransada milli tətil və etiraz nümayişləri planlaşdırılır. Aksiyaların təşkilatçıları əməkhaqqı və pensiyaların artırılmasını, dövlət xidmətlərinin maliyyələşdirilməsinin yaxşılaşdırılmasını və 2027-ci ilin dövlət büdcəsi layihəsinə dəyişikliklər edilməsini tələb edirlər.