Fransada aksiyalar davam edir, medianın məlumatına əsasən, Ren şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnağından istifadə ediblər
Fransada etiraz aksiyaları davam edir.
Siniflərdə sıxlığa, müəllim azlığına və təhsil sistemindəki digər problemlərə etiraz edən on minlərlə insan Marsel, Nitsa, Nant, Lion və Parisə toplaşıb.
Medianın məlumatına əsasən, Lion şəhərində fəallar yanğın törədiblər, bundan sonra da nümayişçilər və xüsusi təyinatlılar arasında toqquşma baş verib.
Fransanın şimal-qərbində yerləşən Ren şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını dağıtmaq üçün su şırnağından istifadə ediblər.
Fransanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, bu gün Parisdə ümumilikdə 20 000-dən 40 000-dək insan nümayişdə iştirak edəcək.
Onların məlumatında, nümayişlərdə iştirak etmək üçün ölkə miqyasında təxminən 86 000 insanın toplandığı deyilir.
Bununla yanaşı, media, Paris yaxınlığında dünənki toqquşmalar zamanı fişəng atılması nəticəsində iki gənc qadının xəsarət almasına dair məlumat verir.
BFMTV-nin mənbələrinin məlumatına əsasən, onlar bir neçə gəncin ərazidə olan polislərə fişəng atması nəticəsində yaralanıblar. Yetkinlik yaşına çatmayan iki fəal saxlanılıb.