Fransa Xarici İşlər Nazirliyi – bütün tərəfdaşlarla birlikdə Ukraynaya dəstəyin gücləndirilməsini və müharibənin dayandırılması məqsədilə Rusiyaya təzyiqin artırılmasını davam etdirəcəyik
Fransa Xarici İşlər Nazirliyi – bütün tərəfdaşlarla birlikdə Ukraynaya dəstəyin gücləndirilməsini və müharibənin dayandırılması məqsədilə Rusiyaya təzyiqin artırılmasını davam etdirəcəyik

Fransa Xarici İşlər Nazirliyi 14 noyabrda Ukraynaya qarşı həyata keçirilmiş kütləvi hücumu tənqid edib; həmin hücum nəticəsində Kiyevdə 30-dan çox insan yaralanıb.

Fransa Xarici İşlər Nazirliyində bildirilib ki, Rusiyanın zərbələri əsasən Kiyev şəhərinə, onun enerji obyektlərinə, yaşayış massivlərinə və xəstəxanaya yönəlmişdi ki, bunun da nəticəsində “çoxlu sayda qurban və yaralılar, o cümlədən uşaqlar” olub.

“Bu zərbələr növbəti eskalasiyanı təmsil edir”, – deyə Fransa Xarici İşlər Nazirliyində qeyd olunub.

Fransa Ukrayna xalqı və hökuməti ilə həmrəylik ifadə edib, həmçinin zərbələr nəticəsində ziyan görmüş Azərbaycan səfirliyinin personalına dəstəyini bildirib.

“Fransa bütün tərəfdaşlarla birlikdə Ukraynaya dəstəyin gücləndirilməsini və müharibənin dayandırılması üçün Rusiyaya təzyiqin artırılmasını davam etdirəcək”, – bəyanatda qeyd olunub.

Məlumat üçün bildirək ki, 14 noyabrda Rusiya Ukraynanın regionlarına hücum həyata keçirib və nəticədə Azərbaycanın səfirliyi də zədələnib.