Fransa Xarici İşlər Naziri Jan-Noel Baro Yerusəlimdə İsrailin Xarici İşlər Naziri Gideon Saar ilə görüşüb
Fransa Xarici İşlər Naziri Jan-Noel Baro Yerusəlimdə İsrailin Xarici İşlər Naziri Gideon Saar ilə görüşüb.
Fransa Xarici İşlər Nazirliyinin məlumatına görə, Baro İsrail tərəfi ilə regional təhlükəsizlik, humanitar yardım məsələləri və Yaxın Şərqdə münaqişələrin deeskalasiyası imkanlarını müzakirə edib.
Daha əvvəl Jan-Noel Baro Beyrutda da olub və bu səfər çərçivəsində Livanda atəşkəsin əldə edilməsinə çalışıb.