Fransa vətəndaşı Martin Raianın həbsdən azad edilməsindən sonra Fransa Azərbaycanla münasibətlərin “normallaşması” prosesinə başlamağı planlaşdırır
Fransa vətəndaşının həbsdən azad edilməsindən sonra Fransa Azərbaycanla münasibətlərin “normallaşması” prosesinə başladığını bəyan edir.
Fransa Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycanın Fransa vətəndaşı Martin Raianı azad etmək haqda qərarı Azərbaycanla Fransa arasında “münasibətlərin normallaşmasına doğru atılmış addımdır”.
Əfv olunmuş Martin Raian Parisə yola düşdükdən sonra Fransa Xarici İşlər Nazirliyi Fransanın Bakıdakı səfirliyi vasitəsilə yaydığı qısa bəyanatda qeyd edib ki, “bu qərar Azərbaycan hakimiyyəti ilə aparılan səbirli və prinsipial dialoqun nəticəsidir”.
Fransa xarici siyasət idarəsinin bəyanatına əsasən, Paris bu dialoqu davam etdirməyi planlaşdırır.
Ötən həftə “Euronews” məlumat yaymışdı ki, bir neçə türk dilli ölkənin rusiyalı oliqarxın Avropa İttifaqının sanksiya siyahısından çıxarılması məqsədilə göstərdiyi səylər çərçivəsində Paris Usmanovun siyahıdan çıxarılmasına köməklik göstərib.
Məlumat üçün bildirək ki, Fransa vətəndaşı Martin Raianın əfv olunması özbək əsilli rusiyalı oliqarx Alişer Usmanovun Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısından çıxarılması barədə daha geniş sazişin bir hissəsi idi.
Fransa onilliklər ərzində Ermənistanın ən qətiyyətli tərəfdarlarından biridir.