Fransa Ukraynaya uzaqmənzilli raketlər verəcək
Fransa Ukraynaya uzaqmənzilli raketlər verəcək

 
Fransa Ukraynaya uzaqmənzilli raketlər verəcək.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron NATO-nun Vilnüs zirvə görüşü başlamazdan əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Yaranmış vəziyyəti nəzərə alaraq və Ukraynanın əks-hücumları fonunda mən Ukraynaya əlavə silah və texnika, o cümlədən uzaq mənzilli raketlər vermək qərarına gəldim. Bu, bizim doktrinamıza əməl olunmaqla və ardıcıllıqla baş verəcək, bu isə o deməkdir ki, ukraynalılar öz ərazilərini müdafiə etmək imkanı əldə edəcəklər. Biz Ukraynaya uzaqmənzilli raketlər tədarük etmək qərarına gəldik”- deyə Makron açıqlayıb.