Fransa tələbə təşkilatının məlumatına əsasən, məktəblərdə islahatlar tələbi ilə bu gün Fransa küçələrinə 450 000 nümayişçi çıxıb

20:20, 06.10.2026

 

“L’Union Etudiante” tələbə təşkilatı bəyan edir ki, məktəblərdə islahatlar tələbi ilə bu gün Fransa küçələrinə 450 000 nümayişçi çıxıb, bu da onların qiymətləndirməsinə görə “mütləq şəkildə tarixi hadisədir”.

Bununla yanaşı, məlumdur ki, yalnız Parisə təxminən 86 000 fəal toplaşıb. Parisdə nümayişçilər və polis arasında daha bir qarşıdurma baş verib, buna görə də hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər. Bununla yanaşı, fəalların bir hissəsi şəhərin küçələrində barrikadalar qurub və yanğın törədib.

“Reuters”in məlumatına əsasən, bir neçə nümayişçi gözyaşardıcı qaz qumbaralarını geriyə, polisin istiqamətinə atıb.

Nümayişçilər Ren şəhərində də yanğın törədiblər. Xüsusi təyinatlılar onlara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə ediblər. Medianın məlumatında, şəhərdəki nümayişin hazırda başa çatdığı deyilir.

Bununla yanaşı, minlərlə nümayişçi Marsel, Nitsa, Nant, Lion və digər şəhərlərdə aksiyalar keçirir.

Aksiya iştirakçıları siniflərdə sıxlığa, müəllim azlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.

Oxşar