Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Fransa hələ ki, rəqibin kütləvi hücumlarının qarşısını almaq üçün lazımi miqdarda aşağı büdcəli müdafiə silahları istehsal etmir

16:37, 27.08.2026

 

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Fabyen Mandonun bəyanatına əsasən, Fransa kütləvi aşağıbüdcəli dron təhlükəsinin öhdəsindən gəlməyə hələ hazır deyil.

O bildirib ki, Qərb və Fransa orduları illərdir yüzlərlə və ya minlərlə dollar dəyərində olan pilostuz uçuş aparatlarını vurmaq üçün milyonlarla dollar dəyərində yüksək texnologiyalı raketlərdən istifadə edirlər.

O, bu modelin maliyyə baxımından dayanıqlı olmadığını və ordunun tükənməsinə gətirib çıxardığını deyib.

Bununla yanaşı, onun sözlərinə əsasən, Fransanın müdafiə sənayesi rəqibin kütləvi hücumlarının qarşısını almaq üçün lazımi miqdarda aşağı büdcəli müdafiə silahları istehsal etmir.

General Mandon vəziyyətin fəlakətli olmadığını, lakin müdafiə şirkətlərinin sürətlə uyğunlaşmalı və ucuz, kütləvi istehsal olunan silah və dronların yaradılmasını sürətləndirməli olduqlarını bildirib.

Oxşar