Fransa Siciliya sahili yaxınlığında Rusiya ilə əlaqəli tankeri saxlayıb

17:16, 25.06.2026

 

Fransa Siciliya sahili yaxınlığında Rusiya ilə əlaqəli neft tankerini saxlayıb. Bu haqda Fransa Prezidenti Emmanuel Makron bildirib.

“Çərşənbə axşamı Fransa Hərbi Dəniz Qüvvələrinin üzvləri Siciliya sahili yaxınlığında dəniz hüququnu pozaraq hərəkət edən “Deliver” neft tankerinin göyərtəsinə çıxıblar” – Emmanuel Makron sosial şəbəkədə yazır.

Makron bildirib ki, “Deliver” tankeri 2022-ci ildə Ukraynaya edilən hərbi müdaxilədən sonra Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçmək məqsədilə istifadə olunan Rusiyanın “kölgə donanması” ilə əlaqəlidir.

Məlumat üçün bildirək ki, 2025-ci ilin sentyabr ayından bəri Fransa tərəfindən Rusiyanın “kölgə donanması”na aid olduğu ehtimal edilən dörd gəmi saxlanılıb.

Oxşar