Fransa Senatı yaşı 15-dək olan uşaqlar üçün sosial mediaya çıxışın qadağan edilməsini müzakirə edir
Fransa Senatı yaşı 15-dək olan uşaqlar üçün sosial mediaya çıxışın qadağan edilməsini müzakirə edir

 

Fransa Senatı yaşı 15-dək olan uşaqlar üçün sosial mediaya çıxışın qadağan edilməsi məsələsini müzakirə edir.

Medianın məlumatına əsasən, fransalı qanunvericilər yetkinlik yaşına çatmayanlar üçün sosial mediaya çıxışın məhdudlaşdırılmasını dəstəkləsələr, Fransa dünyada Avstraliyadan sonra yeniyetmələrin “Facebook”, “Snapchat”, “TikTok” və “YouTube” kimi sosial platformalara çıxışını məhdudlaşdıracaq ikinci ölkə olacaq.

“Aydındır ki, getdikcə daha gənc yaşda smartfonlara çıxış əldə edirlər. Bu, gənclərin həm şəxsi, həm də idrak səviyyəsində inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir” – qanun layihəsinin müəllifi olan fransalı qanunverici Lor Miller bildirib.

“Reuters”in məlumatına əsasən, prezident Emmanuel Makron qanunun qəbul olunması halında, növbəti tədris ilinin başlamasına qədər qüvvəyə minməsini istəyir.

Medianın yazdığı kimi, bu vaxt üçün bir sıra Avropa ölkələri yeniyetmələr üçün sosial medianın məhdudlaşdırılması yollarını müzakirə edirlər, çünki uşaqlar üçün mövcud riskləri getdikcə daha çox dərk edirlər.