Fransa Səhiyyə naziri – yeni halların sayı kəskin şəkildə artır

14:18, 27.07.2020

Fransada koronavirusun yeni hallarının sayı artır. Bu barədə Fransa Səhiyyə naziri, Olivye Veran bəyan etdi.

“Görürük ki, yeni halların sayı kəskin şəkildə artır. Son 13 həftə ərzində yoluxma halları azalırdı”, – Veran bəyan etdi.

Elə onun dediyinə görə, monitorinq nəticəsində müəyyən olundu ki, yoluxanların əksəriyyəti gənclərdir.

Fransada koronavirusdan vəfat edənlərin sayı 30 mindən artıqdır.

Oxşar