Fransa səfirliyi öz vətəndaşlarına müraciət edir, Gürcüstana səfər etməzdən əvvəl, onların Gürcüstana girişinin rədd edilməsi riskini yarada biləcək amilləri yoxlasınlar
Fransa səfirliyi öz vətəndaşlarına müraciət edir, Gürcüstana səfər etməzdən əvvəl, Gürcüstanda nümayişlərdə iştirak və ya sosial şəbəkələrdə fəaliyyət də daxil olmaqla, onların Gürcüstana girişinin rədd edilməsi riskini yarada biləcək amilləri yoxlasınlar.
“Gürcüstan ərazisinə giriş, hətta Gürcüstanda etibarlı yaşayış icazəsinə malik şəxslərə belə qadağan oluna bilər. Səyahət edənlərdən xahiş edirik, səfərdən əvvəl, Gürcüstanda nümayişlərdə iştirak və ya sosial şəbəkələrdə fəaliyyət də daxil olmaqla, onların Gürcüstana girişinin rədd edilməsi riskini yaradan amilləri yoxlasınlar. Gürcüstan ərazisinə təkrar giriş, bu cür nümayişlərdə ehtimal olunan iştiraka görə, böyük cərimələrin dərhal ödənilməsi şərti ilə mümkün ola bilər” – Fransa səfirliyinin bəyanatında deyilir.
Bundan əvvəl, Polşanın Gürcüstandakı səfirliyi oxşar xəbərdarlıq yaymışdı.