Fransa Rusiyanın “kölgə donanması”na aid “Tagor” tankerini 1 milyon avro cərimələyib
Fransa Rusiyanın neft daşımalarında istifadə olunan “kölgə donanması”na aid “Tagor” tankerini 1 milyon avro məbləğində cərimələyib. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Fransa Ədliyyə Nazirliyinin açıqlamasına görə, cərimə ödənildikdən sonra “Tagor” tankeri sərbəst buraxılıb və hazırda Fransanın ərazi sularını tərk edir.
Reuters yazır ki, Rusiya neft və qaz daşımaları üçün “kölgə donanması” kimi tanınan köhnə gəmilərdən istifadə edir. Bu gəmilərin adları tez-tez dəyişdirilir, həmçinin onlar Qərbin sanksiyalarından yayınmaq məqsədilə müxtəlif ölkələrin bayraqları altında üzürlər.