Fransa prezidenti Yelisey tarlalarında etiraz aksiyalarının qadağan edilməsini planlaşdırır. Bu barədə məlumatı “Reuters” agentliyinə” Emmanuel Makronun administrasiyasının yüksək vəzifəlisi çatdırdı.
Xatırladaq ki, martın 16-da Parisdə sarı jiletlilərin aksiyası zoraklıq və vandalizmlə sona yetdi. Aksiya zamanı 200-dən artıq insanı yaxaladılar. 11 nəfər xəsarət aldı. Mitinqçilər mağaza və binaları zədələdilər.