Fransa prezidenti bu gün Almaniya kansleri ilə görüşəcək. Emanuel Makronu Berlində gözləyirlər.
Fransa mətbuatının məlumatına görə, Emanuel Makron və Anqela Merkelin əsas mövzusu Avropa İttifaqının ambisiyalı planı olacaq.
Fransa və Almaniyanın Avropa İttifaqının islahatı barəsində ümumi baxışı var. Almaniya hazırdır ki, Makronun təşəbbüsünü dəstəkləsin.
Xatırladaq li, Merkel və Makron Avropa İttifaqının islahatı barəsində birgə planı iyunun sonuna qədər təqdim etməlidirlər.