Fransa polisi Parisin mərkəzində yürüşləri qadağan edib
Fransa polisi Parisin mərkəzində yürüşləri qadağan edib.
Paris polis rəisi Patris Fonun qərarı ilə həmçinin prezident sarayı, baş nazirin ofisi, Şanz-Yelisey prospektinin ətraf əraziləri və paytaxtın digər mühüm yerlərində nümayişlərin keçirilməsi qadağan olunub.
Aksiyanın təşkilatçıları tərəfindən yaradılmış veb-saytda bu gün Fransa miqyasında planlaşdırılan 600-dən çox nümayiş haqqında məlumat yerləşdirilib.
Bununla yanaşı, medianın məlumatına əsasən, daxili işlər naziri Loran Nunies hüquq-mühafizə orqanlarının əməkdaşlarına vəziyyət xüsusilə ağır zorakılığa çevriləcəyi təqdirdə nümayişlər zamanı səs qumbaralarından istifadə etmək hüququ verib.
“Aksiyalarda kifayət qədər çox insanın iştirak edəcəyini gözləyirik” – Nunies qeyd edib.
Fransa Prezidenti Emmanuel Makron ölkə miqyasında planlaşdırılan etiraz aksiyalarından əvvəl əhalini təmkinli olmağa çağırıb. Bu günə planlaşdırılan nümayişdə tələbələr, həmkarlar ittifaqlarının nümayəndələri və “Sarı jiletlilər” hərəkatının üzvləri iştirak edəcəklər. Hakimiyyət etiraz aksiyalarında təxminən 200 000 nəfərin iştirak edəcəyini ehtimal edir, onlardan 40 000 nəfərinin isə Parisdə olacağı gözlənilir.