Fransa polisi Luvrda Mona Lizanın nümayiş olunduğu zalın divarına zərər vuran iki Almaniya vətəndaşını saxlayıb

15:08, 20.09.2026
Screenshot

Screenshot

 

Fransa polisi Luvrda Mona Lizanın nümayiş olunduğu zalın divarına zərər vuran iki Almaniya vətəndaşını saxlayıb.

Yerli medianın yazdığı kimi, iki kişi Leonardo da Vinçinin Mona Liza zalında divara iki rəsm əsəri yapışdırıb və divarlardan birinə zərər vurub.

Yapışdırılan bir rəsmdə təqsirkarlardan biri zirehli geyimdə, digərində isə iki kişi və bir qadının portretləri təsvir olunub.

Dindirilmə zamanı hər iki Almaniya vətəndaşı rəsmləri əyləncə məqsədilə asdıqlarını bildirib.

Medianın məlumatına əsasən, Luvrun mühafizə xidməti rəsmləri çıxararkən divarda cüzi zədələr aşkar edib. Mona Lizaya zərər dəyməyib.

Oxşar