Fransa polisi Bordoda zorakı əməllərdə iştirak edən şəxslərin kimliyini müəyyənləşdirmək üçün vətəndaşları hüquq-mühafizə orqanlarının əməkdaşlarına video materialı təqdim etməyə çağırır

18:48, 18.10.2026

 

Bordoda zorakı əməllərdə iştirak edən şəxslərin kimliyini müəyyənləşdirmək üçün polis vətəndaşları video materialı təqdim etməyə çağırır.

Fransanın Bordo şəhərində keçirilən etiraz aksiyaları zamanı “Apple” mağazası və “Decathlon” idman mağazası qarət edilib.

Bordo merinin bəyanatına əsasən, şəhərdə 50-dən 100-dək ticarət obyektinə zərər vurublar.

Bordoda baş verən iğtişaşlar zamanı 63 polis əməkdaşı, o cümlədən daş atılması nəticəsində xəsarət alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 110 nəfəri saxlayıblar, onların 40%-i yetkinlik yaşına çatmayanlar olub.

“Övladlarının əməllərinə görə mülki məsuliyyət daşıyan valideynləri diqqətli olmağa çağırıram ki, onlar ayaqqabı və telefonlara görə mağazaları qarət etməsinlər” – departament prefekti Sofi Broka açıqlayıb.

Oxşar