Fransa Parlamentinin Aşağı Palatası Qolodomoru soyqırım kimi tanıdı

10:42, 29.03.2023

Fransa Parlamentinin Aşağı Palatası Qolodomoru soyqırım kimi tanıdı. Qeyd olunan qərarı Fransa Milli Assambleyası üzvlərinin əksəriyyəti dəstəklədi. 168 deputat lehinə, ikisi isə, əleyhinə çıxış etdi.

Təsdiq olunmuş sənədin mətnində, 1930-cu illərdə Sovet İttifaqında süni səbəblə baş vermiş acllığın Ukraynada xüsusi miqyasda olduğu qeyd edilir.

Fransa Parlamentinin Aşağı Palatasının qəbul etdiyi qərarı Ukrayna prezidenti alqışladı. Onun dediyinə görə, Fransa totalitar Rusiyanın keçmiş və indiki cinayətlərinin ifşasına mühüm töhfə verdi.

Bundan əvvəl, 30 noyabr 2022-ci ildə Almaniya Bundestaqı Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıdı, 2022-ci il 15 dekabrın bənzər qətnaməni Avropa Parlamenti də qəbul etdi.

Moskva Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanımır və bəyan edir ki, Ukrayna ilə yanaşı, Mərkəzi Asiya və Rusiyanın milyonlarla vətəndaşı da zərər çəkdi.

Oxşar