Fransa Parlamentində bu gün hökumətə qarşı etimadsızlıq səsverməsi keçirirlər

18:53, 03.12.2024

 
Fransa Parlamenti ifrat sağçı “Milli Birlik” və solçu “Yeni Xalq Cəbhəsi” partiyası tərəfindən təşəbbüsü irəli sürülən hökumətə qarşı etimadsızlıq səsverməsi keçirir.

Səsvermə saat 19:00-a planlaşdırılıb. Etimadsızlığın elan edilməsi üçün 289 səs lazımdır və bu halda Mişel Barnienin hökuməti istefaya getməli olacaq. Solçu koalisiya və ifrat sağçı Milli Cəbhə hökumətin əleyhinə səs verəcəklərini bildirir, bu iki müxalifət partiyası isə parlamentdə çoxluq təşkil edir.

Parlament Barnieni istefaya göndərərsə, bu 1962-ci ildən sonra parlamentin hökumətə etimadsızlığını elan edəcəyi ilk hal olacaq.

Oxşar