Fransa mediasının məlumatına görə, NATO sammitindən əvvəl Emmanuel Makrona poçt vasitəsilə kəsilmiş insan barmağı göndərdilər

13:09, 13.07.2023

NATO sammitindən əvvəl Emmanuel Makrona poçt vasitəsilə kəsilmiş insan barmağı göndərdilər. Məlumatı Fransa mediası yayır.

Fransa mediasının məlumatına görə, iyulun 10-da Yelisey Sarayına məktub daxil oldu, hansında da kəsilmiş barmaq aşkar etdilər. Polis barmağın kimə məxsus olduğunu araşdırır. Fransa mətbuatı yazır ki, səlahiyyətli xidmətlər həmin şəxsin lazımi tibbi müşahidədən keçməsinə diqqət yetirəcəklər.

Yelisey Sarayı rəsmi açıqlama yaymır.

Sammit başlamazdan əvvəl Fransa prezidenti Emmanuel Makron Fransadan artan hərbi yardım çərçivəsində Ukraynaya uzaqmənzilli raketlərin verilməsi ilə bağlı açıqlama verdi. Fransa mediası yazır ki, söhbət “Skalp” raketlərindən gedir.

Oxşar