Fransa mediası – Şənbə günü Parisdə planlaşdırılan aksiyalar öncəsi mağaza sahibləri tərəfindən müdafiə məqsədilə leqal silaha tələbat kəskin artıb

22:50, 22.10.2026

 

Parisdə şənbə günü planlaşdırılan etiraz aksiyaları öncəsi leqal silah satışları kəskin artıb. Bu barədə məlumatı Fransa mediası yayır.

Silah mağazalarından birinin sahibinin bəyan etdiyi üzrə, leqal silaha tələbat təxminən on dəfə artıb.

“Mağaza sahibləri silah alırlar, çünki çox qorxurlar” – mağaza sahibi bildirib. O, mağazada rezin güllə atan silahın artıq qalmadığını deyib.

Mağaza sahiblərindən biri isə müdafiə məqsədilə bibər spreyi aldığını bildirib. Onun sözlərinə əsasən, eynək mağazası var və qarətçilər mağazaya basqın etməyə cəhd edəcəkləri təqdirdə spreydən istifadə etməyi planlaşdırır.

Parisin meri Emmanuel Qrequar şənbə günü planlaşdırılan aksiyalarla bağlı narahatlığını ifadə edib. Onun bəyanatına əsasən, Matinionda keçirilən görüşə gələn merlər zorakılıq riskinin olduğunu qeyd ediblər.

“Biz şəhərlərin sosial hərəkat çərçivəsində etiraz aksiyalarının keçirildiyi yerlər olaraq qalması, lakin eyni zamanda əhalini qorumaq üçün polisin kifayət qədər təmsil olunması arzusunu ifadə etdik” – Qrequar açıqlayıb.

Parisin meri, ölkədə siyasi böhran olduğunu, çünki sosial hərəkata siyasi cavab verilmədiyini bildirib. Qrequar hökuməti vaxtında tədbirlər görməyə və əhalinin tələblərinə cavab verməyə çağırıb.

Bununla yanaşı, şənbə günü Parisdə planlaşdırılan etiraz aksiyaları səbəbindən Luvr, Orse və Pikasso muzeyləri bağlanacaq. Fransanın Mədəniyyət Nazirliyi bütün müəssisələri muzeylərin ziyarətçiləri və əməkdaşlarının, həm də incəsənət nümunələrinin qorunması üçün müvafiq təhlükəsizlik tədbirləri görməyə çağırıb.

Oxşar