Fransa Livana hərbi təyyarə və təchizatlarla yardım edəcək
Fransa Livana hərbi təyyarə və təchizatlarla yardım edəcək

Fransa Livana hərbi təyyarə və təchizatlarla yardım edəcək.

Məlumatı “CNN” Yelisey Sarayının bəyanatına istinad edərək yayır. Fransadan Livana iki hərbi təyyarə, 15 ton təchizat və 55 hərbi personal göndəriləcək.

Həmçinin Fransa Livana 500 pasiyentin qəbulu və müalicəsinə malik olan daşınan klinika ilə yardım edəcək. Yardımı Livan bu gün qəbul edəcək.

Livana artıq Qatar, Küveyt və İraq yardım etdi.