Fransa iyunda Fələstin dövlətini tanımağı planlaşdırır
Fransa iyunda Fələstin dövlətini tanımağı planlaşdırır – bu haqda Fransa Prezidenti Emmanuel Makron bildirib.
Fransa Prezidenti Fələstinin tanınmasının ədalətli olacağını bildirib.
“Həmçinin, mən Fələstini müdafiə edənlərin hamısının öz növbəsində İsraili tanımasına imkan verməli olan kollektiv dinamikada iştirak etmək istəyirəm, onların çoxu bunu etmir. Bu, Fransaya İsrailin mövcudluq hüququnu inkar edənlərə qarşı mübarizəmizdə aydın olmağa imkan verəcək” – Emmanuel Makron qeyd edib.
İyun ayında, Fransa Səudiyyə Ərəbistanı ilə birlikdə BMT-nin iki günlük konfransına rəhbərlik edəcək. Konfransın məqsədi iki dövlət prinsipinə əsaslanan həll yolunu dəstəkləməkdir. Təxminən 150 ölkə Fələstini dövlət kimi tanıyır. 2024-cü ilin may ayında İrlandiya, Norveç və İspaniya Fələstini tanıdıqlarını elan etdilər.